Dünya

Dəniz vasitəsilə gətirilən 710 kq tiryək aşkarlandı

16 Mart 2019 18:53
0 Şərh     Baxış: 340

İranın cənubunda yerləşən Buşehr vilayətində 710 kiloqram tiryək aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Buşehr vilayəti hüquq-mühafizə idarəsinin rəisi Xəlil Vaezi deyib.

X.Vaezinin sözlərinə görə, narkotik vasitə dəniz vasitəsi ilə İrana gətirilib.

Polis rəisi əməliyyat nəticəsində bir nəfərin saxlanıldığını bildirib:

"Bundan əlavə ötən 10 gün ərzində vilayətdə 1 ton narkotik maddə aşkar edilib, 13 nəfər və 8 avtomobil saxlanılıb".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.