Dünya

ABŞ prezidentliyinə ən şanslı namizədlərdən birinin keçmişdə haker olduğu üzə çıxdı

16 Mart 2019 16:54
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Demokrat partiyasının üzvü, keçmiş konqresmen, texaslı siyasətçi və bu günlərdə 2020-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini açıqlayan Beto O`Rurk yeniyetmə çağlarında haker fəaliyyəti ilə məşğul olub.

Milli.Az bildirir ki, musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, O`Rurk "Ölü İnəyin Kultu" (Cult of the Dead Cow) adlı haker qrupunun tərkibində iştirak edib.

Agentlik qrup üzvlərinin uzun müddət demokrat siyasətçinin karyerasına mane olmamaq naminə bu sirri saxladıqlarını, lakin son zamanlarda prezidentlik yarışının iştirakçısının qaranlıq keçmişinin üzə çıxarılmağa başlandığını bildirib.

"Sizin sistemin kənarında olmağınız, ona tənqidi yanaşmağınız və işinizdən zövq almağınız böyük bir dəyərdir. Hesab edirəm ki, "Ölü İnəyin Kultu" buna ən gözəl nümunədir, - Beto O `Rurk vaxtilə bu cümlələri yazıb.

Agentliyin məlumatına görə, O`Rurkun kompüter serverlərnin sındıırlması və ya bu tip proqramlar yazması kimi qeyri-qanuni işlər görməsi barədə şahidlər hələ ki yoxdur. Lakin onun ümumiyyətlə belə bir qrupa üzv olması baxışları haqqında çox şeyi ifadə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.