Dünya

“Sarı jiletlilər”lər yenidən Paris küçələrində - 31 nəfər saxlanılıb

16 Mart 2019 16:43
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə və Fransanın regionlarında artıq 18-ci şənbə günü ardıcıl olaraq "sarı jiletlilər"in etiraz aksiyası keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt Parisdə iki saatdan çoxdur ki etirazçılarla polis arasında qarşıdurma davam edir. Hüquq-mühafizə orqanları aksiyanın gedişində 31 nəfəri saxlayıb. 

Paris polisi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib. 

Yerli telekanallar bildirirlər ki, son bir neçə həftədə "sarı jiletlilər"in aksiyası dinc şəraitdə keçirilirdisə, bugünkü aksiya ilk həftələrdəkini xatırladır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.