Dünya

İranda çovğun fəsadlar yaratdı: 2 nəfər tibb məntəqəsinə, 12 nəfər müvəqqəti sığınacağa yerləşdirilib

16 Mart 2019 14:32
0 Şərh     Baxış: 780

İranın 8 vilayətində çovğun fəsadlar yaradıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qərbi Azərbaycan, İlam, Çahar-Mahal və Bəxtiyari, Qəzvin, Gülüstan, Lorestan, Mərkəzi və Həmədan vilayətləri ilə əlaqə çətinləşib.

İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səliminin sözlərinə görə, həmin vilayətlərdə dağlıq ərazilərdə 668 nəfərə yardım edilib.

Təşkilat sədri əlavə edib ki, həmçinin 2 nəfər tibb məntəqəsinə, 12 nəfər müvəqqəti sığınacağa yerləşdirilib.

Aramsız yağan qar yolları da bağlayıb. Məlumata görə, qarda qalan 102 avtomobil sahibinə yardım edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.