Dünya

Pentaqonun keçmiş əməkdaşı casus çıxdı

16 Mart 2019 15:16
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ron Rokvell Hansenin Çinə casusluq etdiyi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında bildirilib. Məlumata görə, 2006-ci ildən departamentdə çalışan 58 yaşlı Hansen 2014-cü ildə Çin kəşfiyyat idarəsi ilə əməkdaşlıq etməyə başlayıb. O, agentlərlə mütəmadi olaraq Çində görüşüb, ötürdüyü xəbərlərə görə yüz minlərə dollar alıb.

Ötən ilin iyununda Sietl hava limanında saxlanılan Hansen ABŞ-a məxsus məxfi məlumatları Çinə ötürdüyünü etiraf edib. Onu 15 ilədək həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.