Dünya

Jurnalisti bahalı paltosuna görə döydülər: “Camaat acından ölür, amma bu…” - FOTO

16 Mart 2019 12:09
1 Şərh     Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada son illər iqtisadi, sosial vəziyyət çox ağırlaşıb. Adamlar kütləvi şəkildə ölkəni tərk etməyə çalışır. Ölkədə qalan əhalinin böyük hissəsinin isə durumu yaxşı deyil.

Milli.Az bizimyol.info-a istinadla xəbər verir ki, paytaxt Kiyevdə "NewsOne" telekanalının redaktoru İrina Xarçenkonu döyüblər. Jurnalistə xəsarət yetirən kişi bunu qadının xəz palto geyinməsinə görə etdiyini bildirib. "Camaat acından ölür, amma bu, bahalı xəz palto geyinir" deyib.

Xarçenko səhər işə gedərkən ona bir kişi yaxınlaşıb, bahalı geyiminə irad bildirib, sonra isə sifətinə iki zərbə vurub. Jurnalist tez polisə xəbər verib. Xuliqanı tutublar. 54 yaşlı Pyotr Postrinski davranışına görə peşman deyil. İzahatında belə geyimin əhalinin sosial vəziyyətinə adekvat olmadığını yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.