Dünya

Stas Mixaylov Yerevan konsertini ləğv etdi

16 Mart 2019 09:26
0 Şərh     Baxış: 761

Rusiyalı müğənni Stas Mixaylov Yerevanda aprelin 2-nə planlaşdırılan solo konsertini ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənninin meneceri məlumat yayıb.

Məlumatda bildirilir ki, konsert təşkilatçılarının vicdansızlığına və razılığın şərtlərinə əməl edilməməsinə görə müğənninin meneceri solo konserti ləğv etmək qərarı qəbul edib.

Stasın təmsilçisi qeyd edib ki, müğənni karyerası dövründə bir dəfə də olsun öz iradəsi ilə konsertini ləğv etməyib və bu səbəbdən bilet alan hər kəsdən üzr istənilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.