Dünya

Rusiyada dəhşət: Abortlara qarşı mübarizə aparan ata öz qızını...

16 Mart 2019 20:37
1 Şərh     Baxış: 1 236

Yetkinlik yaşına çatmayan doğma qızını zorlamaqda ittiham olunan Novosibirsk şəhər sakini 13 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, cəzasını ciddi rejimli müəssisədə çəkəcək.

İstintaq araşdırmasına görə, ata qızını ilk dəfə 13 yaşında ikən zorlayıb. Qız ona inanmayacaqlarından qorxduğu üçün bir neçə il susub. Nənəsi isə hesab edir ki, qız anasına xoş gəlməsi üçün yalan danışıb.

Maraqlıdır ki, zorlamada ittiham olunan şəxs ölkədə doğumun səviyyəsinin yüksəldilməsini və sağlam həyat tərzini müdafiə etməsi ilə tanınıb. "Bir çox insanlar Maksimin və ailəmizin bu istiqamətdə könüllü fəaliyyətlərinin şahididir. O, abortlara qarşı mübarizə aparır, əxlaq qaydalarının möhkəmləndirilməsinə çağırış edir, içki içməməyə səsləyirdi. Qız atasına böhtan atır və bunu alqışlayırlar. Bunu anasına görə edir. Hansı ki, ona həyat yoldaşının və bizim hamımızın ölümü lazımdır", - deyə qızın nənəsi bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə razılaşmır və apelyasiya şikayəti vermək niyyətindədir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qaqa · 18 Mart 15:4810

    basa dusduyum geder qiz atasina ser atir,?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.