Dünya

Suriyada intiharçı qadınlar özünü partladıb: ölən və yaralanan var

15 Mart 2019 22:44
0 Şərh     Baxış: 687

Suriyanın Əl-Baquz yaşayış məntəqəsində üç intiharçı qadın özünü partladıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Reuters" agentliyi "Suriya Demokratik Qüvvələri"nin silahlı birləşmələrinin nümayəndələrinə istinadən bildirib.

Qeyd olunur ki, terror aktı SDQ-nin təqdim etdiyi təhlükəsiz dəhlizlə Əl-Baquzu tərk edən dinc sakinlər və təslim olan terrorçuların toplanma məntəqəsində törədilib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.