Dünya

Yaponiyada rekord miqdarda saxta rezident kartı qeydə alınıb

15 Mart 2019 21:30
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya polisi 2018-ci ildə əcnəbilər üçün rekord miqdarda saxta rezident kartı qeydə alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən il Yaponiyada bu göstərici 620 ədəd təşkil edib.

Həmin rəqəmin bu statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri rekord rəqəm olduğu bildirilir.

Yaponiyada yaşayan əcnəbilər rezident kartını daim özləri ilə gəzdirməlidirlər. Bu sənəddə onun sahibinin adı, doğum tarixi, statusu və ölkədə qalma müddəti göstərilir.

Polisin bildirdiyinə görə, internetdə yükəkkeyfiyyətli rezident kartlarının satışı barədə elanlar da aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.