Dünya

Özbəkistanda media-ombudsman institutu yaradılır

15 Mart 2019 21:14
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda media-ombudsman institutu yaradılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ombudsman institutu KİV-in hüquq və qanuni maraqlarının müdafiəsinin gücləndirilməsi, dövlət orqanlarının əsassız olaraq onların fəaliyyətinə müdaxiləsinin qarşısının alınması, media qurumlarının dövlət orqanları, fiziki və hüquqi şəxslərlə mübahisələrinin həll edilməsi ilə məşğul olacaq.

Media-ombudsman, həmçinin KİV-də yayılan mübahisəli məsələlərlə bağlı oxucu, dinləyici və tamaşaçı şikayətlərinə baxacaq, məhkəməyə qədər bu problemləri həll edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.