Dünya

Barselonada ətraf mühitə daha çox zərər verən avtomobillərin istifadəsi qadağan olunacaq

15 Mart 2019 23:24
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildən başlayaraq Barselona şəhərində ətraf mühitə daha çox zərər verən nəqliyyat vasitələrinin aşağı tullantı zonalarında (ZBE) hərəkətinin qadağan edilməsi ilə əlaqədar tədbirlərin tətbiqinə başlayacaq. Belə ki, şəhərin bütün ərazisini və dörd bələdiyyənin bir hissəsini əhatə edən 95 kilometrlik sahədə həmin avtomobillərə veto qoyulacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Barselona şəhər şurasının məlumatına görə, məhdudiyyətlərin qüvvəyə minməsindən sonra 50 min avtomobil, motosiklet və mikroavtobusların şəhərdə hərəkəti dayandırılacaq. Beləliklə, Barselonadakı avtoparkın 7 faizi azalacaq.

Barselona meri Ada Kolau bildirib ki, hökumətin hesablamalarına görə, şəhərdə hər il 354 insan hava çirkliliyi səbəbindən dünyasını dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.