Dünya

Ərdoğandan ABŞ-a cavab: “Geriyə addım atmayacağıq”

15 Mart 2019 12:48
0 Şərh     Baxış: 666

ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara Rusiyanın "S-400" zenit-raket komplekslərinin tədarükü məsələsində geri addım atmaq fikrində deyil. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Haberturk" telekanalına müsahibəsində deyib.
"Biz bu məsələni ("S-400"lərin alışını) bitirmişik. Geri addım atmaq barədə söz ola bilməz. Rusiya bu ilin iyulunda zenit-raket komplekslərinin tədarükünə başlayacaq", - Ərdoğan vurğulayıb. 

Onun sözlərinə görə, Ankara "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın təklifini nəzərdən keçirməyə hazırdır. Lakin birgə istehsal, texnologiyanın paylaşılması və həmin sistemlərin qiyməti ilə əlaqədar bir neçə vacib kriteriya var. Ərdoğanın fikrincə, bu kriteriyalar üzrə Rusiyanın yanaşması çox pozitiv olub. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.