Dünya

Məscid faciəsinin baş verdiyi ölkədə 2 yerdə partlayış - FOTO

15 Mart 2019 11:33
0 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zellandiyada iki yerdə partlayış baş verib.

Milli.Az xəbər verir ki, Sputniknews-un son dəqiqə xəbərinə görə, Yeni Zellandiyanın Oklend şəhərində iki yerdə - dəmiryol stansiyasının və ticarət mərkəzinin yaxınlığında partlayış səsi eşidilib.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern məsələ ilə bağlı açıqlama verərək hadisənin terror olduğunu söyləyib. O, həmçinin bildirib ki, məsciddəki gülləbaran nəticəsində həlak olanların sayı 40-a çatıb.

Qeyd edək ki, bu gün Yeni Zellandiyada "Əl Nur" məscidində ibadət edənlərə atəş açılıb. Silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib, 40 nəfər öldürülüb.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.