Dünya

İrəvandakı aksiyada qarşıdurma, deputat yaralandı - VİDEO

15 Mart 2019 09:51
0 Şərh     Baxış: 1 134

Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında yerli sakinlərlə polislər arasında qarşıdurma yaşanıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, polis ticarət obyektlərinin sökülməsinə etiraz edən bir qrup şəxsə qarşı zor tətbiq edib. Nəticədə bir neçə nümayişçi xəsarət alıb. 

Məlumata görə, etirazlar zamanı yaralanan 4 nəfər xəstəxanaya müraciət edib. Aksiyada müxalif deputat Naira Zöhrabyanın ayağından xəsarət aldığı deyilir. 

Qeyd edək ki, İrəvanın mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Bildiriblər ki, obyektlərin sökülməsi onlarla insanın işsiz qalmasına səbəb olacaq. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yerevanda polis aksiya iştirakçılarına güc tətbiq etdi

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.