Dünya

KXDR ABŞ ilə danışıqları dayandırmaq niyyətindədir

15 Mart 2019 09:33
0 Şərh     Baxış: 551

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ ilə denuklearizasiya üzrə danışıqları dayandıqmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pxenyanda mətbuat konfransı zamanı KXDR-nın xairici işlər nazirinin müavini Tsoy Son Xi bildirib.

S.Xi deyib: "ABŞ-ın tələblərində heç bir formada güzəştə getmək fikrimiz, bu cür formada danışıqlar aparmağa niyyətimiz yoxdur".

Onun sözlərinə görə, xalq respublikasının lideri Kim Çen In Hanoedə uğursuz nəticələnən sammitdən sonra KXDR-nın gələcək addımları haqqında qərarını bildirmək üçün yaxın zamanda rəsmi müraciətlə çıxış etmək niyyətindədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.