Dünya

Senat Trampın fərmanını ləğv etdi

14 Mart 2019 23:56
0 Şərh     Baxış: 624

ABŞ Senatı prezident Donald Trampın tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvinə dair qətnaməni dəstəkləyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 100 senatordan 59-u qətnamənin lehinə səs verib.

Sənədi daha əvvəl demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası qəbul etmişdi. Qətnamə Trampa Meksika ilə sərhəddə divarın tikintisi üçün digər fondlardan vəsait götürməyi qadağan edir.

İndi sənədi Tramp imzalamalıdır. Lakin prezident ona veto qoyacağına söz verib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.