Dünya

Aeroflotun təyyarəsi Moskvaya geri dönməyə məcbur olub

14 Mart 2019 21:48
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvadan Salonikə uçan təyyarə təcili Şeremetyevo aeroportuna qayıtmağa məcbur olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb ön pəncərənin çatlaması olub. 48 sərnişinin yerləşdiyi Sukhoi Superjet 100 təyyarəsinin pilotları yüksəkliyə qalxarkən çatı müəyyən edib və geriyə dönüb. İstintaq komitəsi məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Sukhoi Superjet 100 "Suhoi" şirkəti tərəfindən istehsal edilib və SSRİ-nin dağılmasından sonra Rusiyada yaradılan yeganə müasir mülki təyyarədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.