Dünya

Latviyanın dövlət büdcəsi təsdiq üçün Seymə göndərilib

14 Mart 2019 21:47
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 14-də Latviya hökuməti 2019-cu il büdcəsini təsdiq üçün Seymə göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Seymə büdcə layihəsindən başqa daha 15 sənəd göndərilib. Büdcənin ən gec aprelin 4-də təsdiq olunacağı gözlənilir.

Bu ilin büdcəsində daxilolmalar 9,2 milyard avro, xərclər isə 9,4 milyard avro nəzərdə tutulub. Büdcədən 87,5 milyon avro tibb, 8,9 milyon avro isə hakimlər və məhkəmə orqanları əməkdaşlarının əməkhaqlarının artırılması üçün nəzərdə tutulub. 3 milyon avro kütləvi informasiya vasitələrinin və ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsinə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.