Dünya

İsveçdə 15 faşist indi də “Hitler maaşı” alır - İnanılmaz

14 Mart 2019 20:39
1 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə yaşayan 15 şəxs Adolf Hİtler dövründən bu yana Almaniyadan maaş alır.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu şəxslər İsveçdə nasist ordusu sıralarında müharibə apararkən yaralanıb.

Sonradan nasist rejiminin lideri Adolf Hitler tərəfindən imzalanan qərara uyğun olaraq 15 isveçliyə aylıq maaş verilməsinə başlanılıb. Ölkə mətbuatı qeyd edir ki, maaş ödənilməsi indi də davam edir.

Qeyd edək ki, o dövrdə aralarında 200 isveçlinin olduğu minlərlə şəxs Adolf Hitlerə bağlı olduğunu və sədaqətini elan edib. Bu səbəbdən onlara Almaniya vətəndaşları ilə eyni hüquqlar verilib və ömür boyu maaş almaları haqda qərar çıxarılıb.

Adolf Hitler maaşı alan 15 isveçlinin hazırda İsveçdə yaşadığı, ayda 500-15000 arası İsveç kronu aldığı qeyd olunur.

Alman rəsmilər bu mövzu haqqında açıqlama verməyib və mümkün qədər bu mövzudan yayınırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.