Dünya

Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər - VİDEO

14 Mart 2019 20:29
0 Şərh     Baxış: 2 063

Sosial şəbəkədə İŞİD qruplaşmasına aid döyüşçülərin qurtulmaq üçün qadın cildinə girdiyini əks etdirən görüntü yayılıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, videogörüntünü Belçikadan olan müstəqil jurnalist Sotiri Dimpinudi "Twitter" səhifəsində paylaşıb.

Kadrlarda saxlanılan makiyajlı kişilərin qadın paltarı və üzərindən çarşab geyindiyini görmək olur.

Müəllifin dediyinə görə, terrorçular Fərat vadisində İŞİD-in nəzarətində olan sonuncu şəhər - Baquzadan qaçan zaman kürd döyüşçülər tərəfindən yaxalanıb.

Adıçəkilən şəhərdə "Suriya demokratik qüvvələri" əməliyyat keçirir. "SDQ"nin mətbuat katibi Mustafa Bali terrorçuların kütləvi şəkildə geri çəkildiyini, bir neçə gün ərzində üç mindən çox İŞİD-çinin silahlarını yerə qoyduğunu söyləyib.

Videonu izləmək üçün şəklə klikləyin:
Qadın paltarı geyinmiş makiyajlı İŞİD-çilər ələ keçdilər

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.