Dünya

Barmaq izi skanerinə malik bank kartı hazırlanıb

15 Mart 2019 04:11
0 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Niderlandın "Gemalto" şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək. Britaniyanın "Natwest" bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyi ilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.

"Gemalto" şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı məlumatlar yalnız kartda saxlanılır. Hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.