Dünya

Dünyanın ən yaxşı şəhərləri seçildi - Nyu York birinci, sonra...

14 Mart 2019 11:01
0 Şərh     Baxış: 1 110

Meqapolislərin 34 sakininin iştirak etdiyi sorğuda dünyanın ən yaxşı şəhəri Nyu York seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, növbəti iki yerdə müvafiq olaraq Melbrun və Çikaqo qərarlaşıb.

Dördüncü və beşinci yerləri isə London və Los Anceles bölüşür.

Sakinlər dünyanın ən yaxşı şəhərləri siyahısına Monreal, Berlin, Qlazqo, Paris və Tokionu da daxil ediblər.

Moskva isə bu şəhərlər arasında Şanxaydan sonra 36-cı yeri tutmaqla Dehlini geridə qoyub.

Qeyd edək ki, sorğu zamanı yerli mətbəx, şəhərin gözəlliyi, nəqliyyat sistemi və əhalinin sosial rifahı əsas kriteriyalar kimi götürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.