Dünya

“Cırtdan” keçmiş Meksika prezidentini məhkəməyə verdi

14 Mart 2019 10:28
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

El-Çapo ("Cırtdan") ləqəbi ilə tanınan meksikalı narkobaron Xoakin Qusman ölkənin keçmiş prezidenti Enrike Penya Nyetoya qarşı cinayət işinin açılması ilə bağlı məhkəmədə iddia qaldırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Xose Luis Meza açıqlama verib.

"Cırtdan" siyasətçini özünün ABŞ-a ekstradisiyası ərəfəsində və ekstradisiyası vaxtı prosessual qaydaları pozmaqda ittiham edir. Vəkilin sözlərinə görə, Qusman, əslində, ABŞ-ın sərhədyanı şəhərlərindən birinə  - ya Texas ştatının El Paso şəhərinə, ya da Kaliforniyanın San-Dieqo şəhərinə çatdırılmalı idi.

Bunun əvəzinə onu Nyu-Yorka aparıblar. "Cırtdan"ın vəkili bunun ABŞ və Meksika arasında bağlanmış ekstradisiya haqqında müqavilənin tələblərinə zidd oluğunu bildirir.

Bundan başqa, iddia ərizəsinin digər müddəasına görə, narkobaron ekstradisiya olunmazdan əvvəl prezident administrasiyasının günahı ucbatından Meksika məhkəməsi qarşısına çıxarılmayıb:

"Onlar Ali Məhkəməni tapdaq altına alıblar və bir sıra xətalara yol veriblər", - Meza bildirib.

Bundan əvvəl Nyeto Qusmandan 100 milyon dollar həcmində rüşvət almaqda ittiham olunurdu. Nyetonun prezidentliyi dövründə narkobaron iki dəfə həbs olunub. Sonuncuda bu ABŞ-a ekstradisiya ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.