Dünya

Braziliyada məktəbdə atışma - 10-a yaxın ölü

13 Mart 2019 21:16
0 Şərh     Baxış: 321

Braziliyanın San-Paulu şəhərində məktəbdə atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışmada 9 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.

Bildirilir ki, atəş açan iki şəxs olub. Onlar 5 şagirdi və məktəbin bir əməkdaşını güllələyiblər, daha sonra özlərini vurublar.

Ehtimal olunur ki, hücum edənlər əvvəl həmin məktəbdə təhsil alıblar. Həlak olanların yaşı hələ dəqiqləşdirilməyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.