Dünya

Portuqaliya şirkəti yanğınlara qarşı mübarizə aparan süni intellekt yaradıb

13 Mart 2019 21:07
0 Şərh     Baxış: 267

Portuqaliyanın "Compta" şirkətinin yanğınlara qarşı mübarizə aparan unikal proqram təminatı ABŞ-da keçirilən nüfuzlu "IBM Watson Build" müsabiqəsinin qalibi olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Bee2FireDetection" adlı servis süni intellektə malikdir və yanğın ocaqlarını aşkar edən ilk proqram təminatıdır.

"Compta" şirkətinin başçısı Jorj Delqadonun sözlərinə görə, bu texnologiya dünyaya yeni reallıq bəxş edəcək. Süni intellekt yanğınlara qarşı mübarizədə insanlara kömək edəcək.

Verilən məlumata görə, müsabiqəyə dünyanın hər yerindən 400 layihə göndərilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.