Dünya

Cənubi Koreyada işsizliyin səviyyəsi 4,7 faizə çatıb

13 Mart 2019 21:13
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Asiyanın ən böyük dördüncü iqtisadiyyatına sahib olan Cənubi Koreyada fevralda işsizliyin səviyyəsi 4,7 faizə çatıb. Fevralda işsizlərin sayı 1,3 milyon nəfər təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yonhap agentliyi hökumətin hesabatına istinadla xəbər yayıb. Bu rəqəm, ölkə iqtisadiyyatında inkişafın sürətinin azalmasını göstərir. Ötən ay 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,5 faiz olub.

Cənubi Koreyanın iqtisadiyyat və maliyyə naziri Honq Nam-ki bildirib ki, fevralda 263 min yeni iş yeri açılıb. Son 13 ayda ilk dəfədir ki, yeni iş yerlərinin sayı 200 mini keçir. Buna baxmayaraq, ötən ay ölkənin istehsal sahəsində 151 min, pərakəndə və topdan satış sektorunda isə 60 min iş yeri azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.