Dünya

Uşaq zorlayan keçmiş nazir həbs edildi - Vatikanda qalmaqal

13 Mart 2019 19:09
0 Şərh     Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vatikanın keçmiş iqtisadiyyat naziri və Avstraliya kardinalı Corc Pell 6 il müddətinə həbs edilib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Melburnda işlədiyi dövrdə kilsə xorundakı iki oğlan uşağını zorlayan Kardinal hakim qarşısına çıxıb və həbsə məhkum edilib. Bu cəza  bu günə qədər Katolik Kilsəsinin yüksək vəzifəli şəxsinə verilən ən böyük cəza kimi tarixə düşüb.

Kardinal 1996-2001-ci illər arasında baş yepiskok işləyib. O, 13 yaşlı iki oğlan uşağını bu dövrdə zorlayıb. 77 yaşlı Corc Melburnda hakim qarşısına çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.