Dünya

"Youtube"a baxaraq uşaq doğan qadın öldü

13 Mart 2019 14:08
2 Şərh     Baxış: 1 378

"Youtube"a baxaraq uşaq doğan qadın çoxlu qan itirdiyinə görə ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda nikahdan kənar uşaq dünyaya gətirməkdən qorxan qadın 4 günlük ev kirayətə götürüb və orada doğum edib.

Ərə getmədən hamilə qalan qadın ictimai qınaqdan qorxaraq kimsənin onun tanımadığı yerə gələrək ev tutub. Hamilə qadın "Youtube"da evdə necə doğum etmək olar videosuna baxaraq doğum etmək istəyib. Lakin o, qanaxmadan ölüb.

Onu qan içində görən ev sahibi polisə xəbər verib. Qadın bildirib ki, doğum etmək istəyən qadının əlində mobil telefonu və qayçı olub. Telefonda isə "təbbi üsulla necə doğuş etmək olar" videosu açıq qalıb.

Hadisə Hindistanın Uttar Pradeş ştatında, Gorakhpur şəhərində baş verib.

Emin
Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Апреля · 13 Mart 14:3811

    Vay vay gicdiki bu görəsən incitmirdi bunu? Ağıllı...

    Cavab yaz
  • Anonim
    Fağır · 13 Mart 15:0320

    İctimai qınaqdan qorxan o qələti eləməzdi. Və indi də bu vəziyyətdə olmazdı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.