Dünya

Kirkorovun qətlini Maksim Qalkin sifariş verib?

13 Mart 2019 13:50
1 Şərh     Baxış: 3 008

2017-ci ildə Mahaçqalada Filipp Kirkorovun konsertində teror təşkil etmək istəyən şəxslərin sifarişçisi olaraq Maksim Qalkin günahlandırılır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məhkəmə zamanı teror aktını törətməyə cəhddə günahlandırılan Xıdırnəbi Qazuyev məlumat verib.

O söyləyib ki, Filippi öldürmə əmrini Qalkindən alıb. Buna səbəb isə onun müğənnini həyat yoldaşı Alla Puqaçovaya qısqanmasıdır.

Bildirilir ki, Qalkin qətli gerçəkləşdirməsi üçün Xıdırnəbiyə 2 milyon rubl (təxminən 51 min manat) təklif edib.

Xıdırnəbi onu da deyib ki, ilkin ödəniş olaraq ona 1 milyon rubl (təxminən 25 min manat) ödənib. O isə bu pulu partlayıcı maddə almaq üçün xərcləyib və daha sonra bir çox insana zərər verəcəyini düşünüb və əməlindən vaz keçib.

Qalkin isə bütün bu iddiaları rədd edərək, heç bir açıqlama verməyəcəyini söyləyib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.