Dünya

Saakaşvili Ukraynaya qayıdacaq

13 Mart 2019 09:17
0 Şərh     Baxış: 765

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Hollandiyada yaşayan Saakaşvilinin aprelin 1-də Kiyevə gedəcəyi bildirilir.

Məlumata görə, Saakaşvili artıq təyyarə bileti aldığını söyləyib.

O, Ukrayna prezidenti Petro Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməyəcəyi üçün bu addımı atmaq qərarına gəlib.

Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.