Dünya

Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb, biri yaralanıb

13 Mart 2019 08:54
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib.

Polisinin yaydığı məlumatında deyilir: "Şotlandiya polisi dağ xilasetmə əməliyyatını əlaqələndirir və hadisə qurbanlarının yaxınlarına dəstək göstərir".

Qeyd edək ki, Ben-Nevis Şotlandiyadakı Qrampian dağlarının ən yüksək zirvəsidir. Onun hündürlüyü 1344 metrə çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.