Dünya

"Brexit" üzrə razılaşma növbəti dəfə rədd edildi

13 Mart 2019 08:08
0 Şərh     Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın İcmalar palatası baş nazir Tereza Meyin Brüssellə bağladığı "Brexit" üzrə razılaşmaya qarşı səs verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermə krallığın telekanalları vasitəsi ilə canlı yayımlanırdı. Razılaşmaya qarşı 391 parlament üzvü, onun leyhinə isə 242 deputat səs verib.

Qeyd edək ki, razılaşmaya dair səsvermə artıq ikinci dəfə keçirilir. Keçən dəfə səsvermə 230 səs fərqi ilə iflasa uğradı.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.