Dünya

Türkiyə şokda: ABŞ-dan PKK-ya 300 milyonluq yardım

12 Mart 2019 22:47
0 Şərh     Baxış: 1 794

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) SDG adı ilə fəaliyyət göstərən YPG/PKK terror təşkilatına 300 milyon dollar yardım edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu pullar Suriyanın sərhədlərinin mühafizəsi adı altında terror təşkilatına göndərilib.

Qeyd edək ki, ABŞ Konqresi bu gün 2020-ci il üzrə büdcənin detallarını açıqlayıb. Donald Tramp Konqresdən Pentaqon üçün 718,3 milyard dollar vəsait tələb etmişdi.

718,3 milyard dolların 544,5 milyard dolları daxili idarəçiliyə, 173,8 milyard dolları isə müharibə fonduna yönləndiriləcək.

İŞİD-ə qarşı mübarizə məqsədilə İraq və Suriyadakı hərbi təlimlərə 1 milyard 45 milyon dollar ayrılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.