Dünya

ABŞ “Taliban”la razılığa gəldi

12 Mart 2019 22:44
1 Şərh     Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və "Taliban" hərəkatının danışıq qrupları xarici qoşunların Əfqanıstandan çıxarılmasına və terrorizmə qarşı mübarizəyə dair müqavilə layihəsi hazırlayıblar.

"Tolo News" telekanalı xəbər verir ki, layihə martın 12-də, Qətərdə keçirilən danışıqların beşinci raundunun sonuncu günü razılaşdırılıb.

Sənəddə taliblərin terror qruplaşmaları, o cümlədən "Əl-Qaidə" ilə əlaqələrin kəsilməsinə, hətta bu qruplaşmalara qarşı mübarizəyə hazır olduqları əksini tapıb. ABŞ tərəfi də öz növbəsində qoşunlarını Əfqanıstandan çıxarmağa hazır olduğunu ifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.