Dünya

Azərbaycanlı kapitan Bosfor boğazını bağlamaqla hədələyir - VİDEO

12 Mart 2019 19:59
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda həbs edilən və göyərtəsində rusiyalı dənizçilər olan "Streamline" gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov Bosfor boğazını bağlayacağı ilə hədələyir.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, səbəb kimi B.Bağırov "Akca Shipping" şirkətinin dənizçilərə 10 aydan çox maaş verməməsini göstərib.

Tələblər arasında işçilərə əmək haqqının ödənilməsindən əlavə, rusiyalı dənizçilərin dəyişdirilməsi də yer alıb.

Əgər onun tələbləri yerinə yetirilməsə B.Bağırov çərşənbə günü Bosfor boğazını bağlaycaq.

"Dünən İstanbul limanın cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq, iyunun 1-dən ailələrimiz bir qəpik belə almayıblar. Əvvəllər bizə heç olmasa yalandan nəsə deyirdilər, ümid verirdilər", - gəminin kapitanı deyib.

Xatırladaq ki, "Streamline" gəmisi İstanbulda 2018-ci ilin iyununda sabiq sahibinin borclarına görə həbs edilib. 

"Akca Shipping" şirkətinin ümumilikdə dənizçilərə 123 min dollar borcu var.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı kapitan Bosfor boğazını bağlamaqla hədələyir

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.