Dünya

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin qubernatoru həbsdə qaldı

12 Mart 2019 19:19
0 Şərh     Baxış: 684

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru, "Vahid Milli Hərəkat" Partiyasının üzvü Davit Kirkitadzenin həbs cəzası qüvvədə saxlanılıb.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, bu barədə Qurcaani rayon Məhkəməsi qərar çıxarıb.

Vəkil Giorgi Kondaxişvili müdafiə etdiyi şəxsə ağır cəza verilməməsini və həbsdən azad edilməsini xahiş etsə də məhkəmə qərarı dəyişməyib.

Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. O dekabrın 16-da Velistsixedə keçirilmiş aksiyada polisə hücum, fiziki zorakılıq və əmlaka zərər vurmaqda ittiham olunaraq saxlanılıb. Dekabrın 20-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.