Dünya

Paşinyan Ermənistan prezidentini Xankəndindəki tədbirə dəvət etməyib

12 Mart 2019 18:29
0 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sarkisyanın mətbuat xidmətindən bildirilib ki, ona tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: "Prezident texniki səbəblərə görə Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcək".

Qeyd edək ki, martın 11-də Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

"Qraparak" qəzeti yazır ki, N. Paşinyan tədbirə Armen Sarkisyanı yox, Ermənistan parlamentinin spikeri, müttəfiqi Ararat Mirzoyanı dəvət edib. Lakin işğalçı ölkənin yeni Konstitusiya qanunlarına görə, Təhlükəsizlik Şurasının iclasında nə prezident, nə də spiker iştirak edə bilər. Belə ki, Şuranın üzvlərinə baş nazir, vitse-prezident, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, XİN rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.