Dünya

Çində "təmiz avtomobil"lərin satışı 53,6 faiz artıb

13 Mart 2019 08:28
0 Şərh     Baxış: 550

Çində elektrik enerjisi də daxil olmaqla, yeni enerji mənbələrindən istifadə edən avtomobillərin (new energy vehicles - NEV) istehsalı və satışı çoxalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fevralda istehsal və satış əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 50 və 53,6 faiz artıb. Ötən ay ölkədə 52 min 900 NEV satılıb.

Bildirilir ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il və cari ilin əvvəlində ümumi avtomobil satışının azalmasına baxmayaraq, yeni enerji avtomobillərinin istehsalının və satışının çoxalması ətraf mühitin qorunması istiqamətində həyata keçirilən işlərin müsbət nəticəsidir. Belə ki, Çin hökuməti yeni enerji avtomobillərinin istifadəsini təşviq etməklə yanaşı, istehsalçılara bununla əlaqədar müəyyən güzəştlər təklif edir, şəhər təsərrüfatlarında ənənəvi avtomobillərin istifadəsini getdikcə məhdudlaşdırır.

Qeyd edək ki, Çin hazırda yeni enerji avtomobillərinin ən böyük bazarı hesab olunur. Ötən il ümumilikdə 1,26 milyon ədəd bu növ avtomobil satılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.