Dünya

Cənubi Koreya bölünmüş ailələrin videogörüşlərinin təşkilinə çalışır

13 Mart 2019 07:14
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya 1950-1953-cü illər müharibəsində Koreyanın iki yerə parçalanması nəticəsində bölünmüş ailələrin videogörüşlərinin təşkilinə razılıq əldə edilməsi üçün ABŞ-la danışıqlar aparır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Cənubi Koreya bu cür görüşlərin Koreya Xalq Demokratik Respublikasına (KXDR) tətbiq olunan sanksiyalara münasibətdə istisna hal kimi qəbul edilməsini istəyir. Ötən həftə BMT Təhlükəsizlik Şurası bu cür görüşlərin təşkili üçün lazımi avadanlığın KXDR-ə göndərilməsinə razılıq verib. Nazirliyin mətbuat katibi Bayk Te-hyun bildirib ki, Birləşmiş Ştatlarla bu istiqamətdə aparılan danışıqlar yekun mərhələdədir.

Qeyd edək ki, Cənubi Koreya fevralın əvvəlində bu cür videogörüşlərin təşkili məsələsini qaldırıb. Bu barədə tərəflər arasında razılıq Cənubi Koreya Prezidenti Mun Ce-inin ötən ilin sentyabrında Pxenyana səfəri zamanı əldə olunub.

Koreya müharibəsinin ən böyük humanitar "yara"larından biri bölünmüş ailələrdir. Cənubi Koreyada 57 min nəfər Koreya müharibəsi zamanı Şimalda qalan yaxınlarından ayrı düşüb. Onların çoxu 65 ildir ki, bir-birini görmür.

Tərəflər 1980- ci illərin ortalarından başlayaraq bölünmüş ailələrin görüşlərini təşkil edir. Müharibənin bitməsindən xeyli vaxt keçməsi ilə həmin adamların çoxu qarşı tərəfdə qalan doğmalarını görmədən həyatdan köçür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.