Dünya

İŞİD terrorçularının xanımları: Biz hələ qayıdacağıq! - VİDEO - FOTO

12 Mart 2019 11:06
2 Şərh     Baxış: 2 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz varıq, ölməmişik! Biz hələ qayıdacağıq!

Ərləri İŞİD terrorçuları olan qadınlar reportyorları görəndə qışqıraraq bu sözləri deyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Suriyanın Deyr əz Zor vilayətindəki Əbu Kamal bölgəsində, Əl Baqhuz Fəvkani şəhərində yüzlərlə qadın filtrasiya düşərgəsində saxlanır. Əksəriyyəti burada azyaşlı övladları ilə olan qadınlar İŞİD terror təşkilatının mənsublarının xanımlarıdır.

Onlar döyüşlərin getdiyi məkanlardan qaçıblar.

Qadınlar İŞİD-in məğlubiyyətinə rəğmən, terror ideologiyasına "sədaqətli"dirlər.

Onlar yük maşınında olarkən reportyorları görəndə "Bakiya və tətamaddad!" ("Yaşasın və genişlənsin!") qışqırıblar.

Bu ifadə İŞİD-in şüarlarından biridir.

Qadınlar daha sonra reportyorlara daş və su atmağa başlayıblar. Onları ən çox qəzəbləndirən "Şəriət qaydalarına uyğun geyinməmiş" qadın jurnalistlər olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İŞİD terrorçularının xanımları:Biz hələ qayıdacağıq!

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.