Dünya

Yerevanda qazlı içki istehsalçıları etiraz aksiyası keçiriblər

11 Mart 2019 16:04
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda qazlı içkilər istehsalçılarının etiraz aksiyası keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında qazlı içkilərin istehsalı ilə məşğul olan sahibkarlar Ermənistan hökumətinin binası qarşısına toplaşıblar.

Onlar Vergi Məcəlləsi layihəsində nəzərdə tutulan vergi yükünün artırılmasına etiraz edirlər. Söhbət qazlı içkilərin bahalaşmasına səbəb ola biləcək aksiz vergisindən gedir.

Etirazçılar əllərində "Mən limonadın bahalaşmasına qarşıyam", "Mən işsiz qalacağam", "Hökumət orta sahibkarlığı məhv edir" kimi yazılar olan plakatlar tutublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.