Dünya

Avtobuslar təhlükəsizlik yastığı ilə təchiz oluna bilər - Rusiyada

11 Mart 2019 17:29
0 Şərh     Baxış: 428

Rusiyanın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi sərnişin avtobuslarını təhlükəsizlik yastıqları ilə təchiz etməyi təklif edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, qurumda hesab edirlər ki, təhlükəsizlik kəmərləri sərnişinlərin yol-nəqliyyat hadisələrinin ağır nəticələrindən qorunması üçün kifayət etmir.

Həmçinin avtobuslarda karkasın möhkəmləndirilməsi və oturacaqların bərkidilməsinin vacibliyi bildirilir.

Müvafiq təkliflər Texniki Tənzimlənmə və Metrologiya üzrə Federal Agentliyə təqdim olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.