Dünya

İranda spirtli içkilərdən 2 gündə 17 nəfər zəhərlənib

11 Mart 2019 12:25
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qərbində yerləşən Kürdüstan vilayətinin Banə rayonunda saxta spirtli içkilərdən zəhərlənənlərin sayı 17 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Kürdüstan vilayəti Banə rayonu Səhiyyə və Müalicə İdarəsinin direktoru Arəş Rəşidi açıqlamasında deyib.

A.Rəşidinin sözlərinə görə, ötən 2 gündə spirtli içkilərdən zəhərlənənlər rayon xəstəxanasına yerləşdirilib.

İdarə rəsmisi əlavə edib ki, indiyədək 12 nəfər dializ edilib, 5 nəfər isə evə buraxılıb.

A.Rəşidi spirtli içkilərdən zəhərlənənlərin sayının artmaqda olduğunu deyib.

Qərbi Azərbaycan vilayətinin Bukan rayonunda saxta spirtli içkilərdən istifadə nəticəsində iki nəfər dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.