Dünya

İŞİD-ə öldürücü zərbə: Bütün məlumatlar ələ keçirildi

10 Mart 2019 17:49
1 Şərh     Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk hakerlərdən ibarət Aslan Nəfərlər Dəstəsi İŞİD-ə məxsus "İslamicstate.gq" adlı internet saytına haker hücumu təşkil edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, məlumat bazasının ələ keçirildiyini görən terrorçuların saytı bağlamasına baxmayaraq, türk hakerlər bütün informasiyanı götürməyə müvəffəq olublar.

Saytda minlərlə məlumatı ələ keçirən hakerlər çoxlu sayda terrorçunu deşifrə edib. Terrorçuların telefon danışıqları, coğrafi koordinatları, kamera görüntüləri, Teleqram, Votsap danışıqları, şəkilləri, Tvitter yazışmaları, şəxsiyyət vəsiqələri, kredit kartları məlumatları və İP nömrələri ələ keçirilib.

Türk hakerlər məlumatları təhlükəsizlik orqanlarına verdiklərini açıqlayıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.