Dünya

FETÖ-ya görə tutulanların sayı açıqlandı: Yarım milyon...

10 Mart 2019 15:07
0 Şərh     Baxış: 877

FETÖ ilə mübarizə tədbirləri çərçivəsində indiyə qədər 38 min 578 nəfər Türkiyənin Daxili İşlər Nazirliyindən xaric olunub edilib, 5 min 679 nəfər vəzifədən uzaqlaşdırılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Süleyman Soylu danışıb.

"Xaric edilənlərin bir qismi həbsdədir. Bunların 31 mini polis, 4 min 159-u jandarma, 348-i sahil mühafizə xidmətinin əməkdaşları olub. Şəxsi heyət sayındakı bu cür böyük kəsrə baxmayaraq ortaya ciddi bir iş qoyuldu. Bütün dostlarımıza, təhlükəsizlik orqanlarımıza buna görə təşəkkür edirəm. FETÖ və PDY əməliyyatları çərçivəsində 15 iyul 2016-cı ildən bu yana ümumilikdə 511 min nəfər saxlanılıb, 30 min 821 nəfər həbs edilib", - Soylu bildirib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.