Dünya

Rusiyanın Ermənistandakı səfiri rus əsgərinin yaralanmasına münasibət bildirib

9 Mart 2019 19:56
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin insidentə münasibət bildirərək deyib: "Bu, istintaqın işidir, biz isə bu faciəli hadisə ilə bağlı təhqiqatın obyektiv və hərtərəfli aparılacağına ümid edirik". Rusiyalı diplomat əlavə edib ki, ermənilərin əsas hissəsi rus hərbçilərinə müsbət münasibət göstərir, burada hərbi bazanın yerləşməsi isə bu ölkənin təhlükəsizliyi üçün mühümdür. Bununla yanaşı, Kopırkin Ermənistanda rus hərbi bazasının yerləşməsinin əleyhinə olanların da mövcudluğunu qeyd edib. "Belə adamlara rast gəlinir və onlar Ermənistanın hüdudlarından kənarda da var", -deyə diplomat qeyd edib. Səfirin sözlərinə görə, ruslar və ermənilər arasında meydana çıxan problemlər həllini tapır.

Rusiyanın 102-ci hərbi bazası MDB-nin Hava Hücumundan Müdafiə Qüvvələrinin vahid sistemi çərçivəsində Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşdirilib. İki ölkənin razılaşması əsasında hərbi bazanın burada dislokasiya müddəti 2044-cü ilədək uzadılıb. Qeyd olunur ki, bu insident rus hərbçiləri ilə yerli əhali arasında baş verən qalmaqallardan növbəti biridir. Əvvəllər də burada bir neçə ölüm və yaralanma halları ilə nəticələn hadisələr baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.