Dünya

Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır

9 Mart 2019 14:48
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin və ABŞ bir-birinə qarşı daha əvvəllər tətbiq etdikləri rüsumların qarşılıqlı ləğvi istiqamətində çalışmalıar aparır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çinin ticarət nazirinin müavini Vanq Şouven bildirib.

"İki ölkənin ticarət danışıqlarını aparan müvafiq qrupları məsləhətləşmələrə davam edir, Çin ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrini normal vəziyyətə qaytarmaq naminə bütün əngəlləyici rüsumların ləğvi imkanları müzakirə olunur", - deyə o qeyd edib. 

Nazir müavini qarşılıqlı əngəlləyici rüsumların daha da yüksəldilməsinin hər iki tərəfə hər hansı fayda gətirməməklə bir çox başqa dövlətlərin də mənafeyinə mənfi təsir göstərdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.