Dünya

İtkin düşən bloqerin cəsədi tapıldı - FOTO

8 Mart 2019 12:18
0 Şərh     Baxış: 2 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə dəblə bağlı paylaşımlar edən bloqerin cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, internet vasitəsi ilə tanış olduğu kişi ilə "yoxa çıxan" bloqerin qəbri aşkarlanıb.

Polis iki gündür ki, itkin düşən 34 yaşlı Laureline ­Garcia-Bertaux-un öldürülüb, basdırıldığını təsdiqləyib.

Onun kollec yoldaşları bir neçə gün əvvəl polisə müraciət edərək Laureline-nin itkin düşdüyünü bildiriblər. Rəfiqələrinin dediyinə görə, o, son zamanlar "Tinder"də vaxtını keçirib və orada tanış olduğu oğlanla münasibət qurub.

Bloqerin cəsədi Londondakı evinin həyətindəki quyudan tapılıb. Əslən fransız olan Laureline 10 il Londonda yaşayıb. O, rusiyalı sevgilisindən ayrıldıqdan sonra evində tək qalıb.

Cinayətə bağlı araşdırma aparılır. Onun ölümündə internet vasitəsi ilə tanış olduğu şəxs şübhəli bilinir.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.