Dünya

Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb

8 Mart 2019 10:10
1 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zamanı yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb.

O, yaralanan erməni hərbçinin kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, cari il fevralın 8-də Suriyaya Ermənistan silahlı qüvvələrinin 83 hərbçisi humanitar yardım dəstəsinin tərkibində göndərilib. Onlar Suriyadakı Rusiya hərbi heyətinin tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Suriyada Ermənistanın Rusiya ilə əməkdaşlığına etirazını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.